12.03.2021
Samux rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşəbbüsü ilə Xalq şairi Süleyman Rüstəmin 115 illiyinə həsr olunmuş “Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz” adlı onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Samux rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva açıb. Uşaq şöbəsinin fəal oxucusu Ruhanə Abbasova şairin həyat və yaradıcılığından danışıb. Uşaq şöbəsinin müdiri Venera Məmmədova çıxışında, ömrünü xalqının maariflənməsinə həsr edən, Vətənə, torpağa məhəbbətini bildirən şairin, qələmə aldığı əsərlərin böyük tərbiyəvi təsirə malik olmasını qeyd edib, müəllifin əsərlərində oxucuya dərin əxlaqı dəyərlər aşılamasından, Vətəni sevməsindən danışıb.
Sonda fəal oxuculardan Yeganə Abbasova şairin həmişə dillər əzbəri olan “Ana və poçtalyon” şeirini söyləyib.