11.03.2021
10.03.2021-ci il tarixdə Gəncə şəhər Heydər Əliyev Mərkəzi "Gənc Heydərçilər" dərnəyini Zoom proqramı vasitəsilə onlayn formatda keçirdi. Dərnəyin üzvləri K.D. Uşinski adına 29 nömrəli tam orta məktəbin şagirdlərindən ibarətdir. Dərnək üzvlərinə Mərkəzin elmi heyəti tərəfindən ayda 2 dəfə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məşğələlər keçirilir. "Gənc Heydərçilər" dərnəyinin tədris müddəti beş ay müddətində keçirilməsi nəzərdə tutulmuşdur.
Dərs "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda keçirildi. Dərsdə şagirdlərə Ulu Öndər Heydər Əliyevin nəslinin əsasını qoymuş əcdadlarından bəhs edildi. Qeyd edildi ki, Heydər Əliyevin nəslində cəsur, igid döyüşçülər çox olub. XX əsrin əvvələrində bu qədim nəslin kişilərinin yarıdan çoxu erməni quldur dəstələrinin Zəngəzura basqını zamanı döyüşlərdə həlak olmuşdu. XX əsrin sonlarında onların xələflərindən olan Qarabağ müharibəsi cəbhəsində döyüşmüş iki zabitə - Aqil Quliyevə və Fəxrəddin Nəcəfova isə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi.
Dərs zamanı şagirdlər Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi heyəti tərəfindən hazırlanan videoçarxı izlədilər.
Sonda şagirdlər sual-cavab edildi. Şagirdlər sual-cavabda fəal iştirak etdilər. Onları maraqlandıran suallar cavablandırıldı.
Dərnəyin təşkil edilməsində göstərdiyi dəstək üçün 29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovaya təşəkkür edirik.