10.03.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı Azərbaycan şairi, ədəbiyyatşünas,əməkdar incəsənət xadimi, pedaqoq, publisist, tərcüməçi Abdulla Şaiqin 140 illiyi ilə əlaqədar 09.03.2021-ci il tarixində Abdulla Şaiqin Mənzil-Muzeyi ilə birgə virtual ekskursiya təşkil etdi.
Tədbiri giriş sözü ilə kitabxananın böyük kiabxanaçısı Günel Əliyeva açaraq tədbir iştirakçilarını salamladı, şairin həyat və yaraıcılığı haqqinda iştirakçılara ətraflı məlumat verdi. Sonra sözü muzeyin elmi işçisi Elminaz Məmmədliyə verdi. O, Ilk növbədə qeyd etdi ki, Abdulla Şaiqin fəaliyyətinin böyük bir qismi uşaqların maariflənməsi ilə bağlıdır. Sonra muzeyin yaradılması, A.Şaiqin həyat və bədii yaradıcılığını, pedaqoji fəaliyyətini, əks etdirən məlumatları oxucuların diqqətinə çatdırdı. İştirakçılara muzeyin kolleksiyasında saxlanılan ədibin şəxsi əşyaları nümayiş olundu. Sonda tədbirdə iştirak edən oxucular Abdulla Şaiqin şeirlərini ifa etdilər. Tədbirdə Gəncə şəhər və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri və fəal oxucularla yanaşı muzeyin əməkdaşları da iştirak etdi