Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qadın ictimai xadımdır” adlı tədbir keçirilib

05.03.2021

8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Samux rayon Mədəniyyət Mərkəzində “Qadın ictimai xadimdir” adlı onlayn görüş keçirildi. Görüşdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Kamil Məmişov və kollektivi, Samux şəhər Mədəniyyət evinin müdiri Arif Məmişov, Qiyaslı kənd klubunun müdiri Bülbül Kərimova, Samux şəhər 1saylı orta məktəbin müəllimi Gülnarə Məmişova, Mərkəzi Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva, Samux şəhər bələdiyyəsinin əməkdaşları və digər gənclər iştirak edirdi.

            Tədbirin ilk açılışını Şəlalə Tağıyeva etdi. O, qeyd etdi ki, qadınlarımız tarixən cəmiyyətdə hər zaman aparıcı qüvvə olmuşdur. Bəşər yarandığı gündən ictimai həyatımızın bütün sahələrində qadınlara böyük ehtiyac yaranmışdır.

Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bildirdi ki, qadınlarımız kişilərlə  bərabər hüquqlu olub, yüksək zirvələri fəth etməklə hər zaman böyük nailiyyətlər əldə etmişlər.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Kamil Məmişov qadınları təbrik edərək qeyd etdi ki, qadınlar ailədə və çalışdığı sahədə hər zaman əzmlə çalışaraq öz missiyasını layiqincə yerinə yetirmişlər.

Samux şəhər Mədəniyyət evinin müdiri Arif Məmişov qadınlarımıza səmimi təbriklərini söylərək bildirdi ki, qadınlar bizdən heç də fərqli olmayaraq istər elmdə, istər siyasətdə, istər iqtisadi sahələrdə kişilərlə çiyin-çiyinə dayanaraq əzmlə çalışmışlar.

            Samux şəhər 1saylı orta məktəbin müəllimi Gülnarə Məmişova bildirdi ki, bu tarixi gün qadınların ən həssas ,diqqət mərkəzində olan, yadda qalan bir gündür. Dövlətimiz qadınlarımızın əməyini qiymətləndirərək onlara fəxri fərmanlar, orden, medallar və fəxri adlar verirlər.

Mərkəzi Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva bildirdi ki, Azərbaycan qadınlar qəhrəmanlar anasıdır, onlar sülhsevərdir,  alimdir, müəllimdir, həkimdir, bir sözlə qadın yaradıcı qüvvədir.

Digər işitirakçılar bu təbriklərə qoşularaq öz dəyərli fikirlərini bildiriblər.