Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dahi Azərbaycan şairi” adlı mühazirə saatı keçirilib

05.03.2021

02.03.2021-ci il tarixində dünya ədəbiyyatının ən böyük korifeylərindən olan Nizami Gəncəvinin 880 illiyi münasibətilə Mərkəzi Kitabxananın qarşısında yaradılmış “Xəmsə” barelyefinin önündə Goranboy rayon Mərkəzi Kitabxanasının, Mədəniyyət Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarının iştirakı ilə “Dahi Azərbaycan şairi” adlı mühazirə saatı keçirilib.

            Tədbiri Mərkəzi Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açıb.

 Tədbirdə Azərbaycan Yazıçılar birliyinin üzvü, şair, publisist  Ələsgər Əlioğlu məruzə ilə çıxış edib. O, Nizami Gəncəvi dühasının dünya ədəbiyyatına verdiyi töhvələrdən söhbət acıb.

Çıxış üçün söz Gəncə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Gündüz Hacıyevə verilib. Gündüz Hacıyev Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığını qeyd edərək “Xəmsə”yədaxil olan poemalarından danışıb.

            Mərkəzi Kitabxana Sisteminin Metodika və Biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova Nizami Gəncəvinin lirikasından söz açıb.