Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sağlam düşüncə sağlam gənclik deməkdir” adlı onlayn tədbir keçirilib

05.03.2021

04 mart 2021-ci il tarixdə, Naftalan şəhər və Goranboy rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı,Şabran rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Sağlam düşüncə sağlam gənclik deməkdir” adlı onlayn tədbir keçirilib. Tədbiri Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev açaraq qonaqları salamlamış və çıxış edərək bildirmişdir ki, gənclik gözəllik, yeni sabahlara işıqlı bir yoldur. Gənclik gözəlliyin özü, böyük güc, böyük arzular, ümidlər və sağlam düşüncə deməkdir.

Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır. Daha sonra Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Ülfət Əliyev, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev, İdarənin baş məsləhətçisi İsa İsayev, Naftalan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Məmmədova, Gədəbəy rayon Gənclər və İdman İdarəsinin rəisi Əlviz Gülməmmədov, Gədəbəy rayon Dövlət Arxivi İdarəsinin müdiri Rüfət İmanquliyev, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, tarix və coğrafiya müəllimi Tural Topçuyev, Gənclər İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Kəramət Əsədov vəŞabranGənclər İnkişaf və Karyera Mərkəzinin direktoru Nicat Osmanov çıxış edərək bildirmişlər ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəmiz üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır.