Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq şairi Hökimə Billurinin 95 illik yubileyi münasibətilə video konfrans keçirilib

04.03.2021

  Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açaraq, şairin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib və bildirib ki, Azərbaycanın ikiyə bölünməsi faciəsini şəxsi taleyində yaşayan, doğulduğu yerləri, doğma ocağı, Təbrizi daim gecələr yuxularında görən, ayrılıq həsrətli Azərbaycan şairəsidir...     

           Tədbirdə çıxış edən Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva bildirib ki, Hökimə Billuri Vətənin bütövləşəcəyinə və xalqının öz azadlığına qovuşacağına daim böyük bir inam bəsləyib. Azərbaycan onun şeirlərində bütövdür, tamdır və bölünməzdir.

           Kitabxananın əməkdaşları Ülviyyə Kazımova, Dürdanə Bayramova, Vüsalə Ziyadova, Kəmalə Əsədova şairənin şeirlərindən nümunələr söyləyiblər.