Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qarabağa qayıdış Ritorikası” mövzusunda onlayn konfrans keçirilib

04.03.2021

Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Samux rayon Mədəniyyət Mərkəzi və Samux rayon Mərkəzi kitabxanasının iştirakıyla "Qarabağa qayıdış Ritorikası" mövzusunda onlayn konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışında adətən döyüşdən çıxmış ölkələrin iqtisadi sosial vəziyyətində sürətli çökmələr müşahidə edildiyini, lakin Azərbaycanda isə bir çox analitiklərin prognozlarinin əksinə Azərbaycan dünyanın qarşısına daha güclü çıxmağı və dayanmağı bacardı. Bütün bunlar isə təbii ki ölkə başçısının düşünülmüş strategiyası və atdığı qəti addımlarin nəticəsidir.

Samux rayon Mərkəzi Kitabxana Sisteminin direkoru Şəhla Abdullayeva bu gün işğaldan azad edilmiş Qarabağımızda dövlət başçımızın göstərişi ilə dünyanın bir çox qabaqcıl ölkələrində tətbiq edilən "ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin həyata keçirilməsinə başlanmasından, Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Tağıyeva Şəlalə ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi Qarabağ bu gün böyük investorlar üçün artıq daha maraqlı ölkədir. Doğrudan da bu gün Azərbaycan 44 günlük savaşın Qələbəsindən sonra dünyaya bir örnək oldu. Daha sonra digər tədbir iştirakçıları öz fikirlərini səsləndirdilər. Qarabağa QAYIDIŞIN daha möhtəşəm olacağına hər kəsin böyük inamı olduğunu vurğuladılar.