Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən çağırsa ” adlı onlayn görüş keçirib

04.03.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 24 saylı kitabxana filialı 03.02.2021- ci il tarixində II Qarabağ müharibəsi qazisi Kapitan Mətin Nazim oğlu Abdinov ilə "Vətən çağırsa..." adlı onlayn görüş keçirib.Görüşü filialının müdiri Rahilə Qasımova açaraq, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, 44 günlük vətən müharibəsi Azərbaycan xalqı, vətəndaşları üçün əsil sınaq idi. Sonra söz kapitan Abdinov Mətinə verildi,O döyüş yolundan və bir neçə dəfə ağır yaralanmasından danışdı, qeyd etdi ki, tabeliyində olan hər bir əsgərin gözündə intiqam hissi alovlanırdı. Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru Elmira Əliyeva çıxış edərək qazimizə öz təşəkkürünü bildirdi .Daha sonra direktor müavini Fəridə Qədimova çıxışında qazimizə can sağlığı arzuladı və bu tarixi qələbədə əməyi olan hər bir zabit və əsgərlərimizə öz minnətdarlığını bildirdi.