Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ağ göyərçin” nağılı əsasında onlayn nağıl saatı keçirildi

03.03.2021

Gəncə şəhər Mərkəzi Kiabxananın Uşaq şöbəsi 02.03.2021-ci il tarixində Azərbaycan nağılı “Ağ göyərçin” nağılı əsasında onlayn nağıl saatı keçirtdi. Tədbiri şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq bildirdi ki, nağıllar onları yaratmış insan cəmiyyəti qədər qədimdir. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. “Biri vardı, biri yoxdu...” möcüzəsi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçmiş, dildən-dilə, yaddaşdan-yaddaşa köçə-köçə milyon-milyon insan ömrünü yaşayaraq bugünümüzədək gəlib çatmışdır. Əbədi gözəlliyə qovuşmaq istəyindən doğulan, şirin-şəkər dillərdə yaşaya-yaşaya şirinləşən söz-fikir incilərimiz – nağıllar yenə də insanları öz işığına toplayır. Sonra uşaqlar “Ağ göyərçin” nağılını dinlədilər. Hər zamankı kimi əsas məqsədimiz uşaqlarda hər zaman yaxşılığın pisliyə qalib gəlməsini, yaxşı insanlara hörmətlə yanaşılmasını, bacarıqlıq, mehribanlıq, qayğıkeşlik və digər müsbət keyfiyyətlərin və mənəvi dəyərlərin təqdir olunmasını, eləcə də tənbəlliyin, paxıllığın, pintiliyin və s. kimi mənfi xüsusiyyətlərin tənqid olunmasını aşılamaqdır.