Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı – Uşaqların gözü ilə” adlı rəsm sərgisi nümayiş etdirilib

26.02.2021

Xocalı rayon mədəniyyət evinin qarşısında Xocalı faciəsinin 29-cu ildönümü əlaqədar  ilə pandemiya şəraiti gözlənilməklə “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirildi.

  Sərgidə Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov, Xocalı rayon mədəniyyət evi, Xocalı şəhər 5 nömrəli klub və Xocalı rayon MKS-nin işçiləri iştirak etdi.

Sərgidə Xocalı şəhidlərinin şəkilləri, Milli Qəhrəmanların şəkilləri, Xocalıya aid stendlər və II Qarabağ Vətən müharibəsi zamanı Xocalı rayon şəhidlərinin stendlərinə baxıldı.

Sərgi ətrafında faciə iştirakçıları ilə söhbətlər aparıldı.