Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı faciəsi unudulmayacaq” mövzusunda onlayn tədbir keçirilib

26.02.2021

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Hacıkənd kənd kitabxana filialında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi unudulmayacaq” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə kitabxananın müdiri Nəvai İsgəndərov Xocalı faciəsi haqqında iştirakçılara məlumat verib.

Sonra ehtiyyatda olan Polkovnik-leytenant İbrahim Allahverənov çıxış edərək bildirib ki, Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir