Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş rəsm sərgiləri keçirilib

26.02.2021

Gəncə şəhər Uşaq Rəssamlıq və İncəsənət Məktəblərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş rəsm sərgiləri nümayiş etdirilib. Xocalı soyqırımı qurbanlarının, bütün Azərbaycan şəhidlərinin xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırım aktının xalqımıza qarşı tarixdə analoqu olmayan qanlı cinayət olduğu diqqətə çatdırılıb.