Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Naftalan şəhərində “Xocalıya ədalət” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib

26.02.2021

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Naftalan şəhərində ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Naftalan şəhərinin Qəbələ parkında 613 ədəd eldar şamı, tuya, badam ağacları əkilib. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, keçirilən aksiya pandemiya qaydalarına uyğun təşkil olunub. Ağaclar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunub.

Naftalan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları da keçirilən ağacəkmə aksiyasında iştirak ediblər