Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı uşaqların gözü ilə” adlı tədbir keçirilib

26.02.2021

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Milli kənd kitabxana filialında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı uşaqların gözü ilə” adlı online  tədbir keçirilib.

Tədbirdə Kitabxananın müdiri Bəsti Səfərova Xocalı faciəsi haqqında iştirakçılara məlumat verib. Kitabxanaçı Süsən Əzizova çıxış edərək Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından danışıb.

Kəlbəcər rayon 98 saylı məktəbin şagirdi Fidan Səfərli çıxış edərək, qanlı qış gecəsində günahsız insanların o, cümlədən uşaqların vəhşicəsinə qətlə yetirilməsindən danışıb. Tədbirdə fəal oxuculardan Hicran Həmidova, Leyla Məmmədova iştirak ediblər.

Tədbirin sonunda uşaqlar Xocalı soyqırımına aid şeirlər söyləyiblər.