Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər

26.02.2021

Gəncə Regional Mədəniyyət İdarəsi rəhbərliyinin təşkilatçılığı ilə bir qrup mədəniyyət, incəsənət işçisi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar xocalıların məskunlaşdıqları Gəncə şəhəri Yeni qəsəbə-2-də ucaldılmış Xocalı abidəsini ziyarət ediblər.

Onlar soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edərək abidə önünə təzə-tər çiçəklər düzüblər.

Sonra Xocalı rayonu Kosalar kənd Mədəniyyət evində pandemiya qaydalarına uyğun olaraq Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kosalar və Yaloba kənd kitabxana filiallarının işçiləri ilə görüş keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar xocalılara başsağlığı vermiş, bütün Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləmişdir.

Daha sonra regional idarənin rəisi Xocalı rayonu Yaloba kənd Tarix-Diyarşunaslıq muzeyinin xatirə kitabına Xocalı soyqırımı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq səmimi ürək sözlərini yazmışdır.