Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı faciəsi- Qan yaddaşımız” adlı tədbir keçirildi.

26.02.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxananın oxu zalının Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq "Xocalı faciəsi- Qan yaddaşımız" adlı tədbir keçirdi. Tədbiri Oxu zalının müdiri Aidə Abdullayeva açaraq Xocalı faciəsi haqqında qısa məlumat verdi. Tədbirə dəvətli olan GDU-nun Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov "Xocalı faciəsinə aparan yol", "Xocali faciəsindən bizi 29 il ayırır" mövzusunda tarixi əsaslara dayanaraq çıxış etdi.Daha sonra çıxış edən " Xocalının səsi" qəzetinin redaktoru, "Dağlıq Qarabağ bölgəsinin Qarabağİcması" İB- nın üzvü, Xocalı sakini Qalib Bəyməmmədoğlu Xocalı hadisələri zamanı Xocalıların göstərdiyi həmrəylikdən, anaların, Azərbaycan qadınlarının faciə zamanı yaşadığı əzablardan, sakinlərin əzmindən söhbət açdı.Tədbirdə həmçinin qonaq qismində GəncəYazıçılar Birliyinin üzvü şairə Aləmzər Əlizadə, şair Elton Türkel Xocalıya həsr olunan şeirlərlə çıxış etdilər. Tərtər Rayon Uşaq Musiqi Məktəbinin direktoru Mahir Qədimov da xocalı faciəsiilə bağlı qısa məzmunda çıxış etdi. Sonda çıxış edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva Xocalıda, Azərbaycan torpaqları uğrunda şəhid olanlara rəhmət dilədi və tədbir iştirakcılarına iştirak üçün minnətdarlığını bildirdi.