Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı harayı” adlı videokonfrans keçirilib.

26.02.2021

Samux rayon Mədəniyyət Mərkəzində 26 fevral Xocalı faciəsinə həsr olunmuş “Xocalı harayı” adlı videokonfrans keçirilib. Mərkəzinin direktoru Şəlalə Tağıyevanın təşkilatlığı ilə keçirilən tədbirdə Samux rayonu üzrə baş məsləhətçi Süleyman Əliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Qazax rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova, Mərkəzin işçisi Laləxanım Hacıyeva, Yaradıcılıq evinin direktoru Əliağa Zeynalov, Samux rayon Gənclər İnkişaf və Karyera Mərkəzinin direktoru Kamil Məmişov, Mərkəzi Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva və gənclər iştirak edibləb.

Tədbirdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı terroru haqqında iştirakçılara geniş məlumat verilib.