26.02.2021
Məhsəti Gəncəvi Mərkəzində Gəncə şəhər Mədəniyyət Mərkəzinin Diyarşunaslıq evi, Gəncə Dövlət Rəsm Qalereyası və Mərkəzi Kitabxana Sisteminin 11 saylı filialı gənc rəssamların iştirakı ilə Xocalı faciəsinin 29-cu ildönümü qeyd edilib. İlk olaraq Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirdə qeyd edilmişdir ki, Xocalı faciəsi tariximizin ən dəhşətli hadisələrindən biridir. Bu soyqırımda Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. Tariximizin bu qanlı səhifəsi heç bir zaman unudulmamalıdır.
Tədbirdə Gənclərin informasiya müharibəsində daha aktiv olmağı və ermənilərin bu vəhşiliklərini bütün dünyaya çatdırmaq məqsədilə düşmənə qarşı inadlı mübarizə aparmalarının vacibliyi xüsusilə vurğulanıb.