Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yazıçı və zaman” adlı videokonfrans keçirilib.

26.02.2021

Goranboy rayon Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsi Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, şair-dramaturq Abdulla Şaiqin anadan olmasının ildönümü ilə əlaqədar "Yazıçı və zaman " adlı videokonfrans keçirib. Mərkəzi Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova çıxış edib. Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova "Zamana sığmayan ömür " məruzəsində qeyd edib ki, Abdulla Şaiq Azərbaycan maarifinin inkişafında bədii tərcümələr müəllifi kimi zəngin və çoxşaxəli irsə malik olan bir şair, dramaturqdur. O, Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb Azərbaycan ədəbiyyatını tədqiq və təbliğ edib, Tənqid və Təbliğ teatrı üçün əsərlər yazıb. Azərbaycan Gənc tamaşaçılar teatrının, Uşaq və Gənclər  nəşriyatının işi birbaşa Abdulla Şaiqin adı ilə bağlıdır.

Mərkəzi Kitabxana Sisteminin Xidmət şöbəsinin kitabxanaçısı Ülviyyə  Kazımova, Qızılhacılı qəsəbə  kitabxanasının müdiri Tamaşa Aslanova çıxış ediblər. Məktəblilər Abdulla Şaiqin yazdığı şeirlərdən parçalar söyləyiblər.