26.02.2021
Gəncə şəhər Mərkəzi Kiabxananın Uşaq şöbəsi 26.01.21-ci il tarixində Azərbaycanın qan yaddaşına həkk olunmuş Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq “Xocalıya qayıdacaq, Xocalıda doğulanlar adlı onlayn ədəbi-bədii kompozisiya keçirtdi. Tədbirdə 29 nömrəli orta məktəbin bir qrup şagirdləri, müəllimləri və kitabxana işçiləri iştirak etdi. Şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva iştirakçıları salamladı və vurğuladı ki, Azərbaycan xalqını bu faciədən 29 il ayırsada Xocalı soyqırımı xalqımızın ürəyinə vurulan, heç zaman sağalmayan, qaysaqlamayan və zaman-zaman dərinləşən dövr edən bir yaradır. Tədbirdə iştirak edən uşaq şöbəsinin müdiri Ellada Rəhimova, 29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və ibtidai sinif müəlliməsi Mətanət Qurbanova öz çıxışlarında bu faciənin Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərindən biri olduğunu qeyd etdilər. Tədbirdə həmçinin Azərbaycanın şanlı qələbəsindən və torpaqlarımızın azad olunmasından da söhbət açıldı.Sonda şagirdlərin ifasında Xocalı faciəsindən bəhs edən şeirlər və şair Zəlimxan Yaqubun “Laylay, Xocalım, laylay” adlı kompozisiyasını təqdim etdilər