Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitab toplama kampaniyası”

25.02.2021

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi "İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitab toplama kampaniyası"na Gəncə Regional Mədəniyyət idarəsi hal- hazırda  regionun tabeliyində fəaliyyət göstərən Xocalı və Kəlbəcər  rayon Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin fondlarının bərpası üçün bu kampaniyaya qoşulur.

 Gəncə və Gəncəbasarda yaşayan hər bir şəxs bu kampaniyaya qoşulmaq üçün Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminə müraciət edə bilər.

 Əlaqə telfonu (022) 256-11-14