Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qisasımız qiyamətə qalmadi” başlığı altında onlayn anım günü keçirilib

25.02.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 1sayli kitabxana filialı Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Qisasımız qiyamətə qalmadi" başlığı altında onlayn anım günü keçirdi. Tədbiri 1sayli kitabxana filialının böyük kitabxanacisi Mənzər Məlikova apardı. Tədbirə Gəncə şəhər M.Ə.Sabir adına 5sayli orta məktəbin tarix müəllimi Minayə Abbasova dəvət olunmuşdu. Minayə müəllimə Xocalı soyqırımı haqqənda çıxış edərək 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri və XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələrinin oxşadığını qeyd etmişdir.

Sonra  4 saylı məktəbin şagirdləri   Səbinə,  Türkan Tağıyeva bacıları, 5 saylı məktəbin şagirdləri Nurlana Tağıyeva , Nuray İsmayılova , Murad Əhmədli  Xocalı faciəsi haqqında kompozisiya və qələbə ilə əlaqədar şeirlər söylədilər.

Sonda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Elmira Əliyeva tədbirdə əməyi olan hər kəsə minnətdarlıq edildi.