Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı şahidləri”adlı onlayn videokonfrans keçirilib

25.02.2021

Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Xocalı şahidləri"adlı Samux rayon Mərkəzi Kitabxana Sistemi, Samux şəhər 3 saylı tam orta məktəb, Qarayeri qəsəbə 1 saylı məktəb -liseyin müəllim və şagirdləri həmçinin Xocalı sakinlərinin birgə iştirakı ilə onlayn videokonfrans təşkil edildi. Konfransı giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Xocalı faciəsini tarixidə xalqımıza qarşı törədilmiş soyqırımların güzgüsü olduğunu vurğuladı. Ulu öndər Heydər Əliyevin bu hadisəyə siyasi-hüquqi qiymət verməsiylə bir növ xalqın yaddaşını diri tutmasına şərait yaratmışdır. Xocalı faciəsi ağırlığına görə dünyada xüsusi qəddarlıqla yadda qalmış Serebritsa, Holokost və s. kimi dəhşətli qətliamlardan daha betər olduğunu söylədi. Erməni vəhşiliyinin qurbanı olmuş, xüsusi amansızlıqla qətlə yetirilmiş körpələr, qadınlar, qocalar yalnız xalqımıza qarşı deyil tarixdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdəndir.

Daha sonra Xocalı şahidləri Faiq Həsənov, Nəsimi Məmmədov, Almaz Əliyeva, Rüstəm Hümbətov yaşadıqları dəhşətlərdən danışdılar.

Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin direktoru Bəsti Mahmudova, Kəmalə Mustafayeva həmçinin Samux şəhər 3 saylı məktəbin və Qarayeri qəsəbə 1 saylı məktəb liseyin şagirdləri Nəzrin Rzayeva,Nigar Məmmədova, Nərmin Səmədova, Xədicə Verdiyeva öz çıxışlarında xalqımızın başına gətirilmiş bu dəhşətin bir daha yaşanmaması üçün daha çox biliyə sahib olmağın vacibliyindən, hər kəsin kinini diri tutmasının vacibliyindən bəhs etdilər. Sonda şagirdlər Xocalıya həsr edilmiş şeirləri səsləndirdilər. Sonda bütün Xocalı faciəsi qurbanları və Qarabağımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz ruhu böyük hörmətlə yad edildi.