Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalıya ədalət” adlı dəyirmi masa keçirilib

25.02.2021

Goranboy Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar «Xocalıya ədalət» adlı dəyirmi masa və rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rəsm Qalereyasının direktoru Çinarə Abdullazadə Xocalı faciəsi haqqında məlumat verərək bildirmişdir ki, Xocalı soyqrımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçiriblər. Daha sonra sərgiyə baxış keçirilib.

Tədbirdə mədəniyyət işçiləri və Goranboy rayon Gənclər və İdman idarəsinin bir qrup üzvləri iştirak ediblər.