Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaq ədəbiyyatinin sönməz çırağı” adlı tədbir keçirilib.

25.02.2021

Samux rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşəbbüsü ilə Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş “Uşaq ədəbiyyatının sönməz çırağı” adlı onlayın tədbir keçirilib.Tədbiri giriş sözü ilə Samux rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva açıb. Uşaq şöbəsinin fəal oxucusu Ruhanə Abbasova uşaqların sevimlisi olan Abdulla Şaiqin həyat və yaradıcılığından danışıb. Uşaq şöbəsinin müdiri Venera Məmmədova çıxışında ömrünü xalqın mariflənməsinə həsr edən Abdulla Şaiqin qələmə aldığı əsərlərin böyük tərbiyəvi təsirə malik olmasını qeyd edib.

Fəal oxuculardan Rüfan Abbasov, Ramal Namazov Abdulla Şaiqin şeirlərindən  nümünələr səsləndiriblər