Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı faciəsi heç vaxt unudulmayacaq” adlı tədbir keçirilib.

25.02.2021

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunmuş “Xocalı faciəsi heç vaxt unudulmayacaq” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva Xocalı faciəsi haqqında iştirakçılarına məlumat verib. Tədbirdə Gəncə Dövlət Universitetinin baş müəllimi, tarix üzrə Fəlsəfə Elmləri Doktoru Nurlana Həmzəyeva əsrlərdən bəri Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən danışıb.

Tədbirdə fəal oxuculardan Könül Məmişova, Gülüş Mustafayeva, Faiq Kamalov, Vüsalə Hümbətova iştirak ediblər.