Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bəşəriyyətə qarşı törədilmiş cinayət” mövzusunda onlayn anım günü keçiridi.

25.02.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 nömrəli kitabxana filialı Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Bəşəriyyətə qarşı törədilmiş cinayət" mövzusunda onlayn anım günü keçirdi. Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova Xocalı faciəsinin dünyada törədilən soyqırımların ən dəhşətlisi olduğunu qeyd etdi. Tədbirdə çıxış edən MKS-nın direktoru Elmira  Əliyeva, Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva, 16 nömrəli filialın müdiri Lyudmila Axundova bu faciənin dəhşətlərindən danışdılar, Ulu Öndər Heydər Əliyevin bu faciəyə hüqüqi qiymət verilməsi üçün göstərdiyi  xidmətlərindən söhbət açdılar. Xocalı faciəsinin  şahidi olan, hal-hazırda Xocalı rayon Təhsıl şöbəsındə metodist ve Xocalı rayon Kərkicahan qəsəbə tam orta məktəbdə biologiya müəlliməsi işləyən Aliyə Abışova   bu faciəni 9 yaşında yaşadığını qeyd etdi və yaşadığı faciə haqqında iştirakçılara məlumat verdi. Sonda Gəncə şəhər  Molla Pənah Vaqif adına 8 nömrəli məktəbin şagirdləri Xocalı faciəsi ilə bağlı kompozisiya ilə çıxış etdilər.