Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Görkəmli hərbi xadim” adlı videokonfrans keçirilib.

24.02.2021

Goranboy rayon Mərkəzi Kitabxanası xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin anadan olmasının 135 illiyi münasibətilə video-konfrans keçirib.

Tədbiri Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açıb. Oxu zalının müdiri Sevda Əliyeva xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin həyat və fəaliyyəti haqqında danışıb. O, XVIII əsrin əvvəllərindən çar Rusiyasının təzyiqi və dəstəyi ilə  Azərbaycanın münbit ərazilərində məqsədli şəkildə məskunlaşdırılan ermənilərin özbaşınalığından, xüsusən də vandalçı "Daşnaksütyün" partiyasının silahlı quldur dəstələrinin Ermənistan adlı dövlət qurmaq məqsədilə azərbaycanlıların soyqırımını həyata keçirmək üçün işğalçılıq fəaliyyətlərindən danışıb, ermənilərin özbaşınalığının  qarşısının alınmasında, xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixində xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin böyük xidmətlərini diqqətə çatdırıb.

Məruzə ətrafı fəal oxuculardan Nurxan Abbullayev, Esmira Məhərrəmova, Anaxanım Əhmədova "Qırmızı taborun" komandiri Abbasqulu bəy Şadlinski haqqında danışıblar.