Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yazıçı Abdulla Şaiqin anadan olmasının 140 illiyinə həsr olunmuş onlan kitab xülasəsi keçirilib

24.02.2021

Gəncə  Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının Uşaq şöbəsi  Görkəmli incəsənət xadimi yazıçı Abdulla Şaiqin anadan olmasının 140 illiyi ilə əlaqədar onlayın kitab xülasəsi keçirtdi. Tədbiri şöbənin kitabxanaçısı Kifayət Sadıqova açaraq Abdulla Şaiq haqqında məlumat verib, yazıçının Seçilmiş əsərləri kitabının  I-ci cildində olan "Məktub yetişmədi", "Köç"," Daşqın", "Göbələk " və "İblisin hüzurunda" hekayələrini xülasə etdi və qeyd etdi ki bu hekayələri ilə Abdulla Şaiq epik növün klassik nümunələrini yaratmış , Azərbaycan bədii nəsrin mövzu, janr, problematika baxımından zənginləşdirmişdir. Tədbirdə kitabxananın müxtəlif yaş qurupunda olan uşaqlar iştirak etdilər. Tədbirin sonunda uşaqların sualları ətraflı şəkildə cavablandırıldı.