Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qəhrəman Niyazı Aslanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

24.02.2021

Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatçı ilə rayon İcra Hakimiyyəti Başçısının 23.12.2020-ci il tarixli müvafiq saylı Sərəncamına əsasən “Şəhidlərimizi və Qazilərimizi tanıyaq və tanıdaq” çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Şəhid Niyazı Şərəfxan oğlu Aslanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüblər.

Torpaqlarımızın azad olunması uğrunda yüksək şücaət göstərərək qəhrəmancasına həlak olmuş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün çəkən şanlı Vətən müharibəsində qazanılmış Qələbəmizdən bəhs edən videoçarx nümayış olunub.

Azərbaycanın Milli Qəhrəmanı, rayonun Tapqaraqoyunlu kəndində anadan olmuş, şəhidlik zirvəsinə ucalmış Niyazı Aslanovun döyüş yolundan bəhs edən film nümayış olunub.

Sonra Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rubabə İsmayılova çıxış edib.

Tədbirin sonunda Qəhrəmanın həyat yoldaşına Qələbəmizin rəmzinə çevrilmiş- “8 Noyabr Zəfər günü-“Xarı bülbül” fotoşəkli təqdim olunub.