Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan dili milli varlığımızın aynasıdır” adlı onlayn şeir gecəsi keçirilib

22.02.2021

Gəncə şəhər Mərkəzi Kitabxananın Uşaq şöbəsi 21Fevral Beynəlxalq Ana dili Günü münasibəti ilə “Azərbaycan dili milli varlığımızın aynasıdır” adlı onlayn şeir gecəsi keçirtdi. Tədbirdə Gəncə şəhər M.Füzuli adına 22 nömrəli məktəbin IV sinif şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan şöbənin müdiri Ellada Rəhimova bildirdi ki,tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verərək, tədbirdə iştirak edən 22 nömrəli məktəbin dil ədəbiyyat müəlliməsi Aynurə Abdullayeva “Dilimiz varlığımız” mövzusunda çıxış etdi.

Uşaq şöbəsinin böyük kitabxanaçısı Aytən Əliyeva öz çıxışında Ümummilli lider Heydər Əliyevin tarixin bütün dövrlərində Azərbaycan dilinin qorunmasına  və inkişafına dair  xüsusi diqqətindən söhbət açdı.  MKS-nin Oxu zalının müdiri Aidə Abdullayeva “Ana dilimiz qürur mənbəyimizdir” mövzusunda çıxış edərək bildirdi ki, bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Sonda 22 nömrəli məktəbin şagirdləri ana dilinə aid şeirlər söylədilər və görkəmli elm xadimlərinin dil haqqında olan fikirlərini səsləndirdilər. “Sarıköynəklərin nağılı” adlı səhnəcik ifa etdilər.