Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan yazıçısı Mikayıl Rzaquluzadənin “El gücü” kitabından onlayn ucadan oxu keçirildi.

20.02.2021

Gəncə şəhər Mərkəzi Kitabxananın Uşaq şöbəsi 16.02.21-ci il tarixində görkəmli Azərbaycan yazıçısı Mikayıl Rzaquluzadənin “El gücü” kitabından onlayn ucadan oxu keçirtdi.  Şöbənin kitabxanaçısı Nərmin Qasımova  məlumat verərək bildirdi ki, “El gücü” kitabı qədim Azərbaycanın qəhrəmanlıq dastanlarından olan “Kitabi Dədə Qorqud” boyları üzrə yazılmış üç hekayədən ibarətdir. Hekayələrdə vətənini, torpağını sevən mərd, igid  və cəsur insanlar təsvir edilmişdir.  Sonra kitabxanaçı Nərmin Qasımova  “Ana ürəyi,dağ çiçəyi” boyunu  ucadan oxudu və sonda  uşaqların mövzu haqqında verdiyi sualları cavablandırdı. Tədbiri keçirtməkdə əsas məqsədimiz uşaqları müasir mövzulu əsərlərlə tanış etməklə yanaşı, onları  klassik ədəbiyyatın və xalq ədəbiyyatının ən yaxşı nümunələri ilə də təmin etməkdir.Tədbirdə 26 nömrəli məktəbin məktəbə qədər sagirdləri iştirak etdilər.