Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan dili milli varlığımızın aynasıdır” mövzusunda onlayn tədbir keçirildi.

20.02.2021

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə MKS-nin 16 №-li kitabxana filialı 21 fevral Beynəlxalq Ana Dili günü münasibəti ilə ”Azərbaycan dili milli varlığımızın aynasıdır” mövzusunda onlayn tədbir keçirdi. Tədbirdə Gəncə şəhər K.D.Uşiniski adına 29 №-li tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədov "Ana dilimiz milli sərvətimizdir" mövzusunda çıxış etdi. O öz çıxışında bildirdi ki, hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bilmişdir. Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Gəncə MKS-nin 16 nömrəli kitabxana filialının kitabxanaçısı Tünzalə İsmayılova fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən bəhs etdi bəhs etdi. O öz çıxışında bildirdi ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Mərkəzin elmi işçisi Gülər Ellazova öz çıxışında uşaqlara ana dilimizin qorunmasında, inkişaf etdirilməsində onların da üzərinizə vacib vəzifələr düşdüyünü bildirdi. Biz hər birimiz fəxr etməliyik ki, bu gün danışdığınız Azərbaycan dili dünyanın ən şirin, ən mükəmməl, ən zəngin dillərindən biridir. Onun bu şirinliyini, saflığını, büllurluğunu göz bəbəyi kimi qorumaq, keşiyində ayıq-sayıq dayanmaq hər bir azərbaycanlının müqəddəsborcudur.

Sonda 29 №-li tam orta məktəbin şagirdləri ana dilinə aid şeirlər söylədilər.