Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ana dilimiz varlığımızdır” adlı onlayn tədbir keçirilib.

20.02.2021

Samux rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşəbbüsü ilə “Ana dilimiz varlığımızdır” adlı onlayın tədbir keçirilib. Onlayn tədbirə fəal oxucular qoşulublar. Kitabxananın direktoru Şəhla Abdullayeva tədbirə qoşulublar. hər bir iştirakçını salamlayıb. Uşaq şöbəsinin müdiri Venera Məmmədova çıxışında qeyd edib ki, Ana dilimiz sərvətimiz, milli kimliyimizdir, onu qorumaq, zənginləşdirmək lazımdır. Sonra Uşaq şöbəsinin kitabxanaçısı Zəminə Məmmədova Ana dilimiz haqqında məruzə edib. Sonda Uşaq şöbəsinin fəal oxuculardan Ruhanə Abbasova, Rəsul Əsgərzadə və Zümrüd Rzayeva Ana dilimizə həsr olunmuş şeirlər səsləndiriblər