Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şair İnqilab İsaqın “Savaş sevdası” adlı kitabının onlayn təqdimat mərasimini keçirildi

19.02.2021

    Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filalı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gəncə ədəbi mühitinin yetirməsi, tanınmış şair İnqilab İsaqın yeni çap olunmuş “Savaş sevdası” adlı kitabının onlayn təqdimat mərasimini keçirdi. Tədbiri MKS-nin direktoru, əməkdar mədəniyyət işçisi Elmira Əliyeva açdı. Tədbir iştirakçılarını, qonaqları salamladı. Kitabxanaçı şairin “Savaş sevdası” adlı kitabını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Şairin yaradıcılığını ümümi cəhətlərindən danışdı. İnqilab İsaqın həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olundu. Yeni çap olunmuş kitabın mühüm cəhətlərini açmaq üçün şairə maraqlı suallarla müraciət etdi. İnqilab İsaq verilən suallara əhatəli cavab verib yeni kitabından şeirlər oxudu. Kitabxanaçı  “Savaş sevdası” adlı yeni çap olunmuş kitabda yer alan “Çanaqqala-Şəhid ruhu” şeirindən söz açıb türk millətinin şanlı zəfəri olan Çanaqqala döyüşünün bir dastana çevrilməsini qeyd etdi və xalqımızın tarixində əldə etdiyi ən önəmli zəfəri olan II Qarabağ müharibəsində qazandığımız şanlı qələbəmizdən danışdı. “Çanaqqala-Şəhid ruhu’’ və İnqilab İsaqın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr etdiyi “Qan’’ şeiri MKS-nin Oxu zalının müdiri Aida  Abdullayeva tərəfindən səsləndirildi. Şair haqqında daha bir video-çarx nümayiş olundu. Gəncə bəstəkarlar İttifaqının sədri, Prezident təqaüdçüsü, əməkdar artist Məmməd Cəfərovun İnqilab İsaqın sözlərinə bəstələdiyi “Nizami” romansı səsləndirildi. Bu il dahi şair, mütəfəkkir, dünya poeziyasını əbədiyyət günəşi Nizami Gəncəvi ili olduğu üçün bu əsərin əhəmiyyəti kitabxanaçı tərəfindən xüsusi vurğulandı.  Sonra tədbirdə iştirak edən yazarlar, qələm adamları çıxış etdilər. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şairə, əməkdar mədəniyyət işçisi Xəzəngül Hüseynova, Şair, tərcüməçi, Əli Kərim poeziya klubunun rəhbəri İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aləmzər  Əlizadə, Şair, dramaturq Sahib İbrahimli, Şair, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, Mir Cəlal Paşayev ev muzeyinin direktoru İradə  İbayeva, Azərbaycan Yazıçılar Birliyinin Ağdaş bölməsinin sədri, şair Faxrəddin Əsəd, Qardaş Türkiyədən şair, tərcüməçi Oqtay Hacımusalı, MKS-nin direktor müavini Fəridə  Qədimova, şöbə müdiri Gülnaz İsgəndərova çıxış edərək şairin yeni kitabı haqqında öz dəyərli fikirlərini səsləndirdilər.