Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Bir şair ömrünü yaşatmaq üçün, Bir insan ömrünü girov qoymuşam” adlı videokonfrans keçirilib.

19.02.2021

Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri oxucularla xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyi münasibəti ilə “Bir şair ömrünü yaşatmaq üçün, Bir insan ömrünü girov qoymuşam” adlı videokonfrans keçiriblər.

Tədbiri giriş sözü ilə Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açıb. Oxu zalının müdiri Sevda Əliyeva şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

O, qeyd edib ki, şairin yaradıcılığı çox zəngin, çoxşaxəli və çoxsahəlidir. Azərbaycan xalqının yaşamış olduğu elə bir tarixi hadisə yoxdur ki, onun yaradıcılığında öz əksini tapmasın. Məhz buna görə də Nəriman Həsənzadə ən çox sevilən, ən çox oxunan şairlərdəndir.

Avtomatlaşdırma şöbəsinin işçisi Günel Vəliyeva çıxış edərək görkəmli şəxsiyyətlərin Nəriman Həsənzadə haqqında fikirlərini söyləyib.

Kitabxanaçılar Ülviyyə Kazımova və Nurlana Mustafayeva şairin şeirlərindən parçalar söyləyiblər.