Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq şairi Nəriman Həsənzadə iləonlayn görüş keçirilib

18.02.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  2 saylı kitabxana filialı Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi, Azərbaycanın əməkdar incəsənət xadimi, Beynəlxalq Elmlər Akademiyasının(Azərbaycan Bölməsi) müxbir üzvü, “Heydər Əliyev” mükafatı laureatı, "İlin şairi" makafatı laureatı, "Şərəf" və “Şöhrət” ordenli, Azərbaycanın xalq şairi, dramaturq, Nəriman Həsənzadənin anadan olmasının 90 illiyi münasibətilə şairlə onlayn görüş keçirdi. Filialın müdiri Firuzə Yunusova tədbiri açaraq, şairi doğum günü münasibəti ilə təbrik etdi, həyat və yaradıcılığından danışdı. Sonra söz Nəriman Həsənzadəyə verildi. Şair öz ömür yolundan söz açdı. O,görkəmli alim Mir Cəlal Paşayev və Türk şairi Nazim Hikmətin həyatında böyük rolu olduğunu qeyd etdi. Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri , əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova şairin doğum gününü təbrik etdi,sağlam ömür,can sağlığı arzuladı, onun “ Gəncəli qız” şeirini söylədi.AYB-nin Gəncə bölməsinin məsləhətçisi şair, dramaturq Aləmzər Əlizadə şairin yazdığı uşaq şeirlərindən danışdı.GDU-nun “ Yüksəliş” qəzetinin müxbiri, Jurnalistlər Birliyinin üzvü Firəngiz İsmayılova şairin vətənpərvərlik ruhlu şeirlərindən bəhs etdi . Gəncə Maarif evi ictimai birliyinin rəhbəri İmamverdi Vəliyev: Şairin şeiriyyatı çox səmimidir,onun şeirləri həyatdır,həyatda yaşadıqlarımızdır-dedi. MKS-nin direktor müavini Fəridə Qədimova qeyd etdi ki, N.Həsənzadə yaradıcılığı  sevgi üzərində qurulub. Bu sevginin mənbəyi anadan başlanır, həyatı yarıda qırılmış bir gözəl qadına məhəbbətlə davam edir, bu sevgi böyüyür, böyük Azərbaycan sevgisinə çevrilir. Sonra oxucular şairin şeirlərini söylədilər. Tədbirin sonunda şair oxucuların verdiyi sualları cavablandırdı. MKS-nin direktoru Elmira Əliyeva Nəriman Həsənzadəyə və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.Tədbirdə MKS-nin əməkdaşları və oxucular iştirak edirdilər.