Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yarandan axan qanı sildi vətən oğulları – Xocalı!” adlı videokonfrans keçirilib

18.02.2021

   Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə      “Yarandan axan qanı sildi vətən oğulları – Xocalı!” adlı videokonfrans keçiriblər.

   Tədbirdə 2 nəfər Xocalı sakini, kitabxananın işçiləri, oxucular, 44 günlük Vətən müharibəsinin iştirakçısı  Əliyev Səbuhi Rasim oğlu iştirak ediblər.

   Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açıb. O, Xocalı soyqırımı haqqında məlumat verib. Xocalı sakini Süleymanova Cəmilə Əhməd qızı, soyuq qış gecəsində  insanların ərşə qalxan naləsindən, ermənilər tərəfindən başlarına gətirilən ağlagəlməz işgəncələrdən danışıb. Süleymanov Zülfü Hətəm oğlu əsirlikdə  onlara verilən əzab-əziyyətlərdən, işgəncələrdən danışıb.

   44 günlük Vətən müharibəsinin iştirakçısı Əliyev Səbuhi Rasim oğlu torpaqlarımız uğrunda gedən döyüşlərdən və qələbəmizdən danışıb. O, qeyd edib ki, zəfər qazandıq, müharibədə çəkdiyimiz əzab-əziyyətlər qürurverici oldu.

   Tədbirdə həmçinin Oxu zalının müdiri Sevda Əliyeva da Xocalı faciəsi haqqında danışıb.