Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

«Xocalı öz sakinlərini gözləyir» adlı dəyirmi masa keçirilib

18.02.2021

Goranboy Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı «Xocalı öz sakinlərini gözləyir» adlı dəyirmi masa keçirilib.  

İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra isə Rəsm Qalereyanın direktoru Çinarə Abdullazadə çıxış edərək bildirib ki, XX əsr Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı, fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr kimi daxil olmuşdur. 

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni birləşmələri Rusiyanın Xankəndində yerləşən 366-cı atıcı alayı ilə birgə Dağlıq Qarabağda ikinci ən böyük yaşayış məntəqəsi olan Xocalı şəhərini işğal edərək yandırıb. İşğalçılar dinc əhaliyə kütləvi divan tutub.