Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaq alveri və uşaq cinayəti” mövzusunda onlayn söhbət keçirildi.

16.02.2021

Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsi 15.02.21-ci il tarixində uşaq hüquqlarının təbliği ilə əlaqədar olaraq “Uşaq alveri və uşaq cinayəti” mövzusunda onlayn söhbət keçirdi. Tədbirdə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin bir qrup şagirdləri iştirak etdi. Söhbəti şöbənin müdiri Ellada Rəhimova apararaq bildirdi ki, dövlətimiz gələcəyin qurucuları olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, onların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları həyata keçirir. Tədbirdə iştirak edən 29 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vusalə Məmmədova  uşaqların istismar olunması, narkomaniya, zərərli vərdişlər və s.bu kimi problemlərin uşaqlar üçün təhlükəli olduğunu vurğuladı. Tədbir maraqlı müzakirələrlə sona çatdı