Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəman şair” adlı videokonfrans keçirilib

15.02.2021

Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri oxucularla birlikdə tatar şairi Musa Cəlilin anadan olmasının 115 illiyi münasibəti ilə “Qəhrəman şair” adlı videokonfrans keçiriblər.

Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova tədbiri giriş sözü ilə açıb. Xidmət şöbəsinin kitabxanaçısı Ülviyyə Kazımova  şairin həyatı haqqında məlumat verib. Oxu zalının müdiri Sevda Əliyeva Sovet İttifaqı qəhrəmanı Musa Cəlilin yaradıcılığı haqqında məlumat verib. O, Musa Cəlilin Moabit həbs düşərgəsində çəkdiyi əzab əziyyətlərdən danışıb. O, bildirib ki, Musa Cəlil tatar xalqının böyük  şairlərindən biridir. Şair öz yaradıcılığı ilə yanaşı, böyük cəsarət və qəhrəmanlıq nümunəsi ilə qoyub getmişdir. Yalnız poeziyası ilə deyil, həyatı və faciəli taleyi də əzmkarlıq, qəhrəmanlıq nümunəsidir.

Gülnarə Nəsibova Musa Cəlilin şairliyi ilə yanaşı rəssamlıq qabiliyyəti və musiqi  istedadlı haqqında məlumat verib. Kitabxanaçı Sənəm Böyükkişiyeva və oxucu Nəzrin  Quliyeva şairin şeirlərini söyləyiblər.