Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələri ilə görüş keçirilib

15.02.2021

Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları II Qarabağ Vətən Müharibəsində şəhid olan Behbudov Nofəl Tapdıq oğlu və Qasımov Kamil Nüsrət oğlunun ailələrinə baş çəkiblər. Onların hər ikisi Vətən üçün canlarından keçib ən ali zirvəyə ucalmışlar. Ölümlərindən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəhid Behbudov Tapdıq oğluna “Şuşanın azadlığı uğrunda”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları şəhid Qasımov Kamil Nüsrət oğluna isə “Suqovuşanın azadlığı uğrunda” medalları ilə təltif olunublar.

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimiz hər zaman diqqət mərkəzindədir.