13.02.2021
Goranboy rayon Mərkəzi Kitabxanasında Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar video formatda anım günü keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açıb. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxanaçılar Ülviyyə Kazımova və 2 №-li Tatarlı kənd kitabxana filialının kitabxanaçısı Günel Bayramova Milli Qəhrəmanın həyatı haqqında məlumat veriblər.
Baxçakürd kənd kitabxana filialının böyük kitabxanaçısı Esmira Məhərrəmova, Xoylu kənd kitabxana filialının böyük kitabxanaçısı Nurlana Mustafayeva və Veyisli kənd kitabxana filialının böyük kitabxanaçısı Sənəm Böyükkişiyeva Mübariz İbrahimova həsr edilmiş şeirləri səsləndiriblər. Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova çıxış edərək, Mübariz İbrahimovun qeyri-adi qəhrəmanlığından danışıb, onun döyüşdən əvvəl yazdığı çox təsirli məktubunu oxuyub. Təzəgül Abbasova qeyd edib ki, Mübariz İbrahimov kimi qəhrəmanları təbliğ, etməli onları dünyaya tanıtmalıyıq. Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva Mübariz İbrahimov haqqında yazılan kitablardan danışıb.