13.02.2021
Goranboy rayon Mərkəzi Kitabxanası ensiklopedik biliyə malik olan Nəsirəddin Tusinin 820 illiyinə həsr edilmiş “Görkəmli Azərbaycan alimi” adlı video konfrans keçiriblər.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açıb. O, Nəsirəddin Tusinin təklifi ilə Marağa şəhəri yaxınlığında tikilmiş rəsədxana və qiymətli kitabları toplayaraq rəsədxanada yaratmış olduğu kitabxana haqqında danışdı.
Xidmət şöbəsinin kitabxanaçısı Ülviyyə Kazımova alimin həyat və fəaliyyəti haqqında məlumat verib. Oxu zalının müdiri Sevda Əliyeva ensiklopedik biliyə malik olan alim haqqında danışıb. Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova Tusinin əsərlərinin 750 ildir ki, dünyanın ən böyük alimləri tərəfindən öyrənildiyini, təhlil və tədqiq olunduğunu qeyd edib. Baş biblioqraf Nəzakət Talıbova, oxucu Firuzə Əliyeva alim haqqında öz fikirlərini bildiriblər.