Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nizami Gəncəvi yaradıcılığında insan hüquqları”başlıqlı onlayn konfrans keçirildi.

11.02.2021

11.02.2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzininin birgə təşkilatçılığı ilə Azərbaycanın böyük şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq "Nizami Gəncəvi yaradıcılığında insan hüquqları" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Samux,Gəncə, Göygöl, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Yevlax),Gəncə Regional Mədəniyyət İdarəsinin nümayəndəsinin həmçinin adları çəkilən bölgələrdən qoşulan məktəblilərin də birgə iştirakı ilə onlayn konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bütün tədbir iştirakçılarını salamladı və dünyaya öz ağlı ilə daim işıq saçan Azərbaycanın böyük şairi ulu Nizamidən, ulu Öndər Heydər Əliyevin onun adının əbədiləşdirilməsi üçün atdığı qətiyyətli addımlardan, hələ Xll yüzillikdə ölkəmizdə insan hüquqları haqda yüksək mədəniyyətin olmasından və bunun dünya insan hüquqları institutları üçün bir nümunə olmasından bəhs etdi. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzininin rəhbəri Səbuhi Abbasov bu günkü insan hüquqları ilə Nizami dövrü arasında elmi bağ yaradaraq fikirlərini bildirdi. Qazax Heydər Əliyev Mərkəzinin direktoru Hüseynova Cehunə, Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Cəlilova Ləman, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Aslanova Humay, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Aydın Budaqov həmçinin digərləri Nizami və insan hüquqları haqda öz dəyərli fikirlərini bölüşdülər.

Qazax rayon Xanlıqlar kənd məktəbinin şagirdi Bannayeva Aysu, Samux rayon İnstitut qəsəbə tam orta məktəbin şagirdləri Ellada, Gülçin Cəfərova, Göygöldən Məmmədova Sitarə,İbrahimov Zülfüqar və başqa şagirdlər böyük şairin Xəmsəsindən parçalar səsləndirdilər və hansı əsərini, əsərdəki obrazı sevdiklərini, orada hansı hüquqlardan danışıldığı haqda öz fikirlərini səsləndirdilər.