Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Əsarətin son gecəsi” adlı tədbir

19.01.2018

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 19.01.2018-ci il tarixində 20 Yanvar milli hüzn günü ilə əlaqədar olaraq “Əsarətin son gecəsi” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycanın azadlığı uğrunda canlarından igid vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-in direktoru Sadiqə Quliyeva tədbiri açaraq 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə dinc əhaliyə amansız divan tutulmağından danışdı.

Metodist Gülnarə Mamedova 1990-cı il 20 yanvar tarixində Bakı şəhərində baş verən qanlı hadisələrdən danışaraq qeyd etdi ki, 20 Yanvar günü həm də qürur duyduğumuz, müstəqillik tariximizə şərəf yazılan bir gündür.

Sonra tədbir iştirakçıları kitab sərgisinə baxdılar. Tədbirdə həmçinin şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş səhnəçiklər təqdim olundu.