Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəmanəsindən irəli getmiş şəxsiyyət” adlı onlayn tədbir keçirilib

10.02.2021

Samux rayon Mərkəzi kitabxanasının uşaq şöbəsinin təşəbbüsü ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Zəmanəsindən irəli getmiş şəxsiyyət” adlı onlayn tədbir  keçirilib.

            Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva tədbirin dahi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunduğunu qeyd edib və şairin yaradıcılığı haqqında qısa məlumat verib. 

Uşaq şöbəsinin fəal oxucularından olan Ruhanə Abbasova dahi şairin həyatı haqqında, Uşaq şöbəsinin müdiri Venera Məmmədova Nizami Gəncəvinin əsərlərində azadlıq, demokratiya, əmək, qadın azadlığı, sülh məsələlərinin tərənnüm etməsindən, dahi şairin ədəbiyyat tarixində müstəsna xidmətindən danışıblar. Medodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Tərifə Verdiyeva çıxış edərək Nizami Gəncəvinin “Xəmsə”si haqqında məlumat verib. Mərkəzi kitabxanasının uşaq şöbəsinin fəal oxucuları Yeganə Abbasova və Aytən Verdiyeva Nizami Gəncəvinin  qəzəllərini söyləyiblər.

           Sonda Venera Məmmədova məktəblilərlə hazırladığı dahi şair Nizami Gəncəviyə həsr olunmuş video kompozisiyası nümayiş olundu.