Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Cəsur döyüşçü” medalçısı ilə görüş keçirilib

10.02.2021

Goranboy rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndəliyinin birgə təşkilatçılığı ilə II Qarabağ Vətən müharibəsi döyüşlərində fəal iştirak etmiş, "Cəsur döyüşçü" medalları ilə təltif olunmuş qazimiz, Balakürd kənd sakini Quliyev Rövşən Surxay oğlu ilə görüş keçirilib.

Görüş zamanı qazi Rövşən Quliyev keçdiyi döyüş yolundan və Azərbaycan əsgərlərinin qazandığı uğurlarından danışıb.