Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş videokonfrans keçirilib

09.02.2021

08.02.2021-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhər Mərkəzi Kitabxananın və Samux rayon Mərkəzi Kitabxanasının, Qarayeri qəsəbə 1 saylı məktəb liseyin iştirakı ilə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Azərbaycanin dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş videokonfrans təşkil edildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direkoru Həsənova Nuranə

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin Azərbaycan şair və yazıçılarının yaradıcılıqlarına təsiri, onun Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoymasından ulu öndər Heydər Əliyevin böyük şairimizin adının əbədiləşdirilməsi üçün göstərdiyi xidmətlərdən geniş danışdı.Gəncə MKS-nin Merkezi Kitabxanasinin Kitabxanalararasi Abonement söbəsinin müdiri.Hüseynova Vüsale, AMEA-nın Gəncə bölməsinin əməkdaşı Nizami yaradıcılığının tədqiqatçısı Tağıyeva Aləmzər, Samux rayon Mərkəzi Kitbxana sisteminin direktoru Abdullayeva Şəhla, Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin direktoru Mahmudova Bəsti, Gəncə MKS-in uşaq bölməsinin rəhbəri Ellada Rəhimova, Samux MKS-in uşaq bölməsinin rəhbəri Venera Məmmədova tədbir iştirakçılarından Ruhiyyə Sadıqova,Kəmalə Mustafayeva öz çıxışlarında Nizami Gəncəvi yaradıcılığına istər ulu öndər Heydər Əliyevin istərsə də müasir dövrümüzdə dövlətin yüksək qayğısından, şairin yaradıcılığının mükəmməlliyindən, dünya mədəni irsinə bəxş etdiyi xəzinədən, nə qədər danışılsa da tükənməyən dəniz olduğundan,məktəblilərdən Qarayeri qəsəbə 1 saylı məktəb liseyin şagirdi Nəzrin Rzayeva,Samux şəhər 1 saylı məktəb liseyin şagirdləri Ruhanə Abbasova, Yeganə Abbasova Nizami Gəncəvi yaradıcılığı haqda düşündüklərini hansı əsərini, hansı səbəbdən daha çox sevdiklərini və xəmsədən parçalar səsləndirdilər. Sonda ulu şairin böyük ruhu hörmətlə yad edildi.